Rusiya Odessa vilayətində iki limana hücum edib

22:16, 07.01.2026

 

Rusiya Odessa vilayətində iki limana hücum edib. Medianın məlumatına əsasən, hücum dron və raketlərlə həyata keçirilib, nəticədə bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Məlum olduğu kimi, hücum nəticəsində limanın obyektlərinə, inzibati binalara və neft konteynerlərinə ziyan dəyib.

Ukrayna mediasının məlumatına əsasən, ərazidəki bütün xidmətlər təhlükəsizlik tədbirləri nəzərə alınmaqla işləyir və infrastrukturun bərpası işləri başlayıb. Onların məlumatında, limanların fəaliyyətini davam etdirdiyi deyilir.

Oxşar