Rusiya Odessa və Zaporojieyə hava hücumu edib

11:25, 14.04.2025

 

Rusiya Odessaya hava hücumu edib. Hücum nəticəsində 5 nəfər yaralanıb.

Odessa merinin bəyanatına əsasən, yaşayış evlərinə, mülki infrastruktur, magistral yol və avtomobillərə ziyan dəyib.

Bununla yanaşı, Zaporojieyə də hücum həyata keçirilib, nəticədə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanacaqdoldurma məntəqəsində də yanğın baş verib. Hazırda yanğın söndürülüb.

Oxşar