Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son iki gündə 959 döyüşçü Azovstal ərazisini tərk edib, onlardan 80-i yaralanıb
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son iki gündə Mariupoldakı “Azovstal” polad zavodunun ərazisini ümumilikdə 959 döyüşçü tərk edib, onlardan 80-i yaralanıb.
Müvafiq məlumatları Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov verib. O, 51 Ukrayna əsgərinin stasionar müalicəyə ehtiyacı olduğunu və Rusiyanın nəzarətində olan Novoazovski xəstəxanasına aparıldığını bildirib.
Eyni zamanda, Ukrayna müdafiə nazirinin müavini Anna Maliar BBC-yə müsahibəsində bildirib ki, “Azovstal”da hələ də çoxlu adam var və onların çıxarılması üçün danışıqlar aparılır. Anna Maliarın sözlərinə görə, “Azovstal” zavodundan döyüşçülərin xilas edilməsi əməliyyatı Mariupolun bütün mühafizəçiləri Ukraynanın nəzarətində olan əraziyə köçürüldükdən sonra başa çatacaq.