Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri gecə ərzində 264 Ukrayna pilotsuz uçuş aparatını məhv edib
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri gecə ərzində 264 Ukrayna pilotsuz uçuş aparatını məhv edib.
Nazirlik bildirir ki, pilotsuz aparatların əksəriyyəti Belqorod, Bryansk, Voronej, Kaluga, Kursk, Lipetsk, Rostov, Ryazan, Smolensk, Tula, Ulyanovsk və Yaroslavl vilayətlərində, Krasnodar diyarında, Krımda, Tatarıstanda, Moskva vilayətində, həmçinin Azov və Qara dəniz üzərində vurulub.
Moskva meri Sergey Sobyanin deyib ki, gecə ərzində şəhərə yönələn 26 dron da Rusiya Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Eyni zamanda, Rostov vilayətində pilotsuz aparatın qalıqlarının düşməsi nəticəsində şəxsi evlərə ziyan dəyib, anbarlarda və inzibati binalardan birində yanğın başlayıb. Yanğın hazırda lokallaşdırılıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin “Qələbə günü” münasibətilə elan etdiyi atəşkəs rejimi bu gündən başlayıb və 10 mayadək davam edəcək.