Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya Hava Qüvvələri 141 Ukrayna pilotsuz uçuş aparatını vurub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya Hava Qüvvələri 141 Ukrayna pilotsuz uçuş aparatını vurub

Gecə saatlarında pilotsuz uçuş aparatları ilə Volqoqrad vilayətinin Uryupinsk şəhərində yerləşən neft bazasına hücum edilib, bu barədə Rusiya mediası məlumat yayıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun bildirdiyinə görə, hücumlar nəticəsində neft bazasında yanğın baş verib. Boçarovun sözlərinə görə, “neft bazasına bitişik evlərdə yaşayan sakinlərin təxliyəsi aparılır”.

Bununla yanaşı, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Yaroslavl və Krasnodar şəhərlərində də neft emalı zavodları hücumun hədəfi olub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiya Hava Qüvvələri 141 Ukrayna pilotsuz uçuş aparatını vurub.