Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə Rusiyanın müxtəlif bölgələrində 172 pilotsuz uçuş aparatını vurublar, onlardan ikisi Moskvaya doğru uçurdu
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə Rusiyanın müxtəlif bölgələrində 172 pilotsuz uçuş aparatını vurublar, onlardan ikisi Moskvaya doğru uçurdu

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ötən gecə Rusiyanın müxtəlif bölgələrində 172 pilotsuz uçuş aparatını vurublar, onlardan ikisi Moskvaya doğru uçurdu.

“Ötən gecə ərzində hava hücumundan müdafiə sistemləri 172 Ukrayna pilotsuz uçuş aparatını məhv ediblər: 110-u Bryansk vilayətində, 20-si Belqorod vilayətində, 14-ü Kaluqa vilayətində, 12-si Tula vilayətində, 6-sı Oriol vilayətində, 4-ü Moskva vilayətində, o cümlədən ikisi Moskvaya gedərkən, 3-ü Lipetsk vilayətində və Volqoqrad, Kursk və Smolensk vilayətlərinin hər birində birini” – Rusiya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Bununla yanaşı, Tula vilayətinin qubernatoru Dimitri Milaev vurulan Ukrayna dronunun qalıqlarının Tula bölgəsində yerləşən sənaye müəssisələrindən birində yanğına səbəb olduğunu bildirib.

Bununla yanaşı, “Rosaviatsia” Vnukovo Hava Limanından uçuşlara məhdudiyyətlər tətbiq edib. “Rosaviatsia”da izah etdikləri kimi, qeyd olunan tədbirləri təhlükəsizlik səbəbi ilə görüblər.