Rusiya Müdafiə Nazirliyində Rusiya qüvvələrinin Polşa ərazisindəki obyektlərə zərbə endirməyi planlaşdırmadığını bildirirlər
Rusiya Müdafiə Nazirliyində Rusiya qüvvələrinin Polşa ərazisindəki obyektlərə zərbə endirməyi planlaşdırmadığını bildirirlər

 

Rusiya Müdafiə Nazirliyində Rusiya qüvvələrinin Polşa ərazisindəki obyektlərə zərbə endirməyi planlaşdırmadığını bildirirlər. Bu barədə məlumatı rus mediası yayır.

Qurumda qeyd edirlər ki, Rusiya bölmələri tərəfindən istifadə edilən dronların maksimal məsafəsi 700 kilometri aşmır.

Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi qeyd olunan məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirir.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Rusiya Silahlı Qüvvələri İvano-Frankovsk, Xmelnitski, Jitomir vilayətlərində, eləcə də Vinnitsa və Lvov şəhərlərində Ukraynanın hərbi-sənaye obyektlərinə zərbələr endirib.