Rusiya Müdafiə Nazirliyi Vladimer Putinin iqamətgahına hücumda iştirak edən Ukrayna dronlarını məhv etmək üçün istifadə edildiyini iddia etdiyi sxemi dərc edib
Rusiya Müdafiə Nazirliyi ölkə prezidenti Vladimer Putinin iqamətgahına hücumda iştirak edən Ukrayna dronlarını məhv etmək üçün istifadə edildiyini iddia etdiyi sxemi dərc edib.
Rusiya Müdafiə Nazirliyində bu gün keçirilən brifinqdə pilotsuz uçuş aparatlarını zenit sistemləri ilə vurduqlarını bəyan ediblər. Onlar, Ukrayna dronlarının Sumi və Çerniqov vilayətlərindən buraxıldığını iddia edirlər. Rusiya Müdafiə Nazirliyi həmçinin vurduqları pilotsuz uçuş aparatlarını göstərən videonu da təqdim edib.
Dekabrın 29-da Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukraynanın Vladimer Putinin Novqorodda yerləşən iqamətgahına 91 dronla hücum etdiyini bildirib. Putin özü telefon danışığında hücum barədə ABŞ Prezidenti Donald Trampa məlumat verib.
Kiyevdə Rusiya Prezidentinin bəyanatını yalan adlandırıblar. Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISW) bəyanatına əsasən, Ukraynanın Vladimer Putinin iqamətgahına hücum etdiyinə dair dəlil yoxdur.