Rusiya Müdafiə Nazirliyi video yayadı ki, harada da Sergey Şoyqu idarədə keçirilən iclasa rəhbərlik edir
Rusiya Müdafiə Nazirliyi video yayadı ki, harada da Sergey Şoyqu idarədə keçirilən iclasa rəhbərlik edir

Rusiya Müdafiə Nazirliyi video yayadı, harada da görünür ki, Sergey Şoyqu idarədə keçirilən iclasa rəhbərlik edir. Rusiya Müdafiə Nazirliyinin təsdiq etdiyinə görə, Müdafiə Nazirliyində iclas martın 26-da keçirilib.

Qeyd olunasıdır ki, bundan əvvəl Sergey Şoyqunun ictimai məkandan “yoxa çıxması” mediada və sosial şəbəkələrdə fəal müzakirə olunurdu. Dünən isə, Ukrayna Daxili İşlər nazirinin müşaviri, Anton Geraşenko sosial şəbəkədə yazdı ki, Şoyqunun ictimai məkanda yoxa çıxmasının səbəbi ürək çatışmamazlığıdır.

Bununla yanaşı, Şoyqunun videogörüntülərdə qeyd etdiyi kimi, onun idarəsi Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında bütün sosial öhdəliklərini tam yerinə yetirir. Yayılan videoda nazir qeyd edir ki, hökumət dövlət müdafiə sifarişlərini planlı yerinə yetirir və sanksiyalara baxmayaraq, dövlət müqavilələrinin yerinə yetirilməsi səviyyəsi 85 faizi təşkil edir.

“Xüsusi hərbi əməliyyatı nəzərə alaraq, cari ildə ordunun perspektivli silahlarla, o cümlədən robot-texniki komplekslərlə, informasiya və radioelektron müharibə ilə təchizatının hazırkı tempini saxlamaq, eləcə də həmişə olduğu kimi, maddi-texniki təminatı da saxlamaq vacibdir”, – Şoyqu bəyan edir.