Rusiya Müdafiə Nazirliyi Krım yarımadasının pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığını və Rusiya zenit müdafiə qüvvələrinin 38 pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Krım yarımadasının PUA-nın hücumuna məruz qaldığını açıqlayıb.
Rəsmi açıqlamada qeyd edildiyi üzrə, Rusiya zenit müdafiə qüvvələri ilhaq edilmiş yarımadanın hava məkanında 38 PUA-nı məhv edib.
Bundan əvvəl Feodosiyada partlayışlar barədə xəbərlər yayılmışdı. Məlumatı Ukrayna mediası yayıb.
Daha sonra Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.
Rusiya mediasının məlumatına əsasən, hazırda məhdudiyyət aradan qaldırılıb və körpü üzərində hərəkət etmək mümkündür.