Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində "An-22" tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması haqda məlumat verir
Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində “An-22” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması haqda məlumat verir.
“İvanovo vilayətində təmir işlərindən sonra sınaq uçuşu zamanı “An-22″ tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə məskunlaşılmayan əraziyə düşüb” – nazirliyin press-relizində deyilir.
Rusiya mediasının məlumatına əsasən, hadisə yerinə axtarış-xilasetmə qrupu və Kosmik Qüvvələr Komissiyası göndərilib. Onlar qəzanın səbəbini müəyyən edəcəklər.
Məlum olduğu kimi, fəlakət anında təyyarənin göyərtəsində yeddi heyət üzvü olub.
Təyyarənin qəzaya uğraması nəticəsində onların həlak olması haqda məlumat yayılıb.