Rusiya Müdafiə Nazirliyi gecə Ukraynaya edilən zərbələrin "terror hücumlarına cavab" olduğunu bəyan edir
Rusiya Müdafiə Nazirliyi gecə Ukraynaya edilən zərbələrin "terror hücumlarına cavab" olduğunu bəyan edir

 

Rusiya Müdafiə Nazirliyi gecə Ukraynaya edilən zərbələrin “terror hücumlarına cavab” olduğunu bəyan edir.

“Gecə Kiyev rejiminin terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələri Kiyev, Zaporojie, Xarkov və Dnepropetrovsk, həmçinin Poltava, Xmelnitski və Sumi vilayətlərində müdafiə sənayesi müəssisələrinə genişmiqyaslı zərbələr endirib” – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edir ki, “qarşıya qoyulan bütün məqsədlərə nail olunub və müəyyən edilmiş bütün obyektlər məhv edilib”.

Məlumat üçün bildirək ki, gecə Rusiya Kiyevə və Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbə endirib. Bu, müharibə başlayandan bəri həyata keçirilən ən genişmiqyaslı hücumlardan biri olub. Rusiya Ukrayna istiqamətində müxtəlif tipli 656 pilotsuz uçuş aparatı və 73 raket buraxıb. Onların əsas hədəfi Ukraynanın paytaxtı Kiyev olub. Hücum nəticəsində doqquz nəfər həlak olub. Ən azı 51 nəfər, o cümlədən üç uşaq yaralanıb. Bununla yanaşı, Dnipro şəhərinə zərbə nəticəsində yeddi nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Yaşayış binalarına ziyan dəyib.