Rusiya Müdafiə Nazirliyi – Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Baltik dənizində terror aktının planlaşdırılması və həyata keçirilməsində iştirak tdilər
Rusiya Müdafiə Nazirliyi Baltik dənizində “Şimal axını” boru kəmərlərinin partlamasını planlaşdırmaqda Böyük Britaniyanı ittiham edir.
“Britaniya Hərbi Dəniz Qüvvələrinin bölməsinin nümayəndələri bu il sentyabrın 26-da Baltik dənizində terror aktının planlaşdırılması, təmin edilməsi və həyata keçirilməsində iştirak etdilər”, – Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Rusiyanın ittihamlarına Britaniyada da əks səda verdilər. London Rusiyanı “epik miqyasda yalan danışmaqda” ittiham etdi.
“Ukraynaya qanunsuz müdaxilənin fəlakətli nəticələrini ört-basdır etmək üçün Rusiya Müdafiə Nazirliyi epik miqyasda yalanlar yaymaqla məşğuldur. Bu uydurma hekayə Qərbdən daha çox Rusiya hökuməti haqqında danışır”, – Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.