Rusiya Müdafiə Nazirliyi bildirir ki, gecə ölkənin müxtəlif regionlarında 121 ukrayna dronu vurulub
Rusiya Müdafiə Nazirliyi bildirir ki, gecə ölkənin müxtəlif regionlarında 121 ukrayna dronu vurulub

Gecə saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif regionlarında 121 ukrayna dronunu vurub, ölənlər də var – bu barədə məlumatı Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yayıb.

Məlumata görə, Rusiyanın cənub regionunda, Saratova hücum nəticəsində bir nəfər həlak olub, bir neçə ev və sənaye obyekti zədələnib.

Vilayətin qubernatoru Roman Busarginin sosial şəbəkədə yazdığına görə, dron yaşayış binasının həyətinə düşüb, bir neçə yaralı xəstəxanaya yerləşdirilib, yaşayış binalarından sakinlər isə təxliyə olunub.

Bununla yanaşı, Ukrayna mediasında yayılan məlumata görə, Ukrayna Saratovda yerləşən neft emalı zavodlarından birinə hücum edib, nəticədə yanğın baş verib. Rusiya mediasının məlumatına görə, hazırda təhlükəsizlik məqsədilə Saratovda uçuşlar dayandırılıb.