Rusiya Müdafiə Nazirliyi bildirib ki, ölkənin 11 regionunda və Krımda Ukraynaya məxsus 73 pilotsuz uçuş aparatı vurulub
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın 11 regionunda və Krımda Ukraynaya məxsus 73 pilotsuz uçuş aparatını vurub.
Bundan əvvəl yerli hakimiyyət orqanları Tver vilayətində yerləşən neft bazasına hücum edildiyini açıqlamışdı.
Stavropol diyarında isə daha bir müəssisəyə ziyan dəyib. Ukrayna mediasının məlumatına görə, söhbət, ehtimal ki, neft bazasından gedir.
İlkin məlumata əsasən, hücumlar nəticəsində xəsarət alan olmayıb. Rostov vilayətinin qubernatoru isə Taqanroq körfəzində daha iki tankerin hücuma məruz qaldığını bildirib.
Qeyd edək ki, Ukrayna son aylarda Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə zərbələrin intensivliyini artırıb. Hücumların əsas hədəfi neft emalı zavodlarıdır. Bu zərbələrin ölkədə yanacaq böhranını daha da dərinləşdirdiyi bildirilir.