Rusiya Moldova-Ukrayna sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edib

16:17, 05.10.2026

Rusiya Moldova-Ukrayna sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsinə zərbə endirib, nəticədə sərhədçi yaralanıb.

Ukrayna ilə Moldova arasında yerləşən Palanka-Mayaki-Udobnoye sərhəd-keçid məntəqəsində əməliyyatlar dayandırılıb. Buna səbəb Rusiyanın Ukraynanın infrastrukturuna hücumları zamanı atılan mərminin sərnişin avtobusu və nəzarət qülləsinin yaxınlığında partlaması olub.

R-30 və R-31 yollarının kəsişməsindən (Ştefan-Voda rayonu) Palankaya qədər hərəkət hadisə yerində araşdırma başa çatana qədər müvəqqəti dayandırılıb.

Patrul əməkdaşları nəqliyyatın hərəkətini Tudora sərhəd-keçid məntəqəsinə yönləndirir və sürücülərə bütün ərazidən uzaq durmağı tövsiyə edirlər. Moldova Sərhəd Polisinin açıqlamasına görə, insident oktyabrın 5-də, təxminən saat 09:38-də baş verib.

“Sərhəd Polisi Gömrük Xidməti ilə birlikdə vəziyyəti nəzarətdə saxlamaq məqsədilə onu daim izləyir və Ukraynanın aidiyyəti qurumları ilə əlaqə saxlayır”, – deyə açıqlamada bildirilir.

Oxşar