Rusiya məhkəməsi Aleksey Arestoviçi “terrorçuluğa açıq çağırış etməkdə” və “yalan məlumat yaymaqda” təqsirli bilib və qiyabi olaraq 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib

22:28, 28.08.2026

 

Rusiyada məhkəmə Ukrayna Prezidentinin keçmiş müşaviri Aleksey Arestoviçi qiyabi olaraq 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Arestoviç “terrorçuluğa açıq çağırış etməkdə” və Rusiya Silahlı Qüvvələri haqqında “yalan məlumat yaymaqda” təqsirli bilinib.

Medianın məlumatına əsasən, 2022-ci ilin martın 17-də sosial şəbəkələrdə dərc olunan qeydlər, həmçinin “YouTube”da yerləşdirilən və Rusiya məhkəməsinin “Rusiya qoşunlarının yerdəyişməsi və təchizatı üçün istifadə olunan dəmir yollarının dağıdılmasına çağırış” olaraq gördüyü video işin əsasını təşkil edib.

Bundan başqa, işdə 2022-ci ilin aprelin 8-də Arestoviçin “Telegram” və “Facebook”da Rusiya Silahlı Qüvvələri tərəfindən Kramatorsk dəmir yolu vağzalına endirilən zərbə barədə post paylaşdığı və Rusiya məhkəməsinin iddiasına görə bununla “yalan məlumat” yaydığı da bəhs olunur.

“Nə incə “ört-basdır əməliyyatıdır” – Arestoviç “Telegram”da məhkəmənin qərarına reaksiya verib.

Məlumat üçün bildirək ki, Aleksey Arestoviç Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri vəzifəsindən 2023-cü ilin yanvarında istefa verib və tezliklə ölkəni tərk edib. Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin mayın 1-də Arestoviçə qarşı fərdi iqtisadi sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.

Oxşar