Rusiya mediasının məlumatına görə, Ukrayna Soçi limanına və Moskva vilayətinə dronlarla hücum edib
Soçi limanına və Moskva vilayətinə dronlarla hücum edilib. „Telegram“ kanallarının məlumatına görə, Soçi limanına hücumun, ehtimal ki, pilotsuz katerlərlə həyata keçirildiyi bildirilir.
Soçi limanında baş verən partlayışın görüntülərini „Astra“ Telegram kanalı yayıb.
Medianın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater Rusiyanın kurort şəhərinə qədər gəlib və burada partlayıb.
Bundan əvvəl Soçi sakinləri sosial şəbəkələrdə azı iki güclü partlayış səsi eşitdiklərini yazıblar. Onların sözlərinə görə, limanın üzərində iki tüstü ocağı müşahidə olunub.
Həmçinin Ukrayna dronlarının Moskva vilayətinə də hücum etdiyi bildirilir. Dronların yaşayış binalarına çırpıldığı qeyd olunur.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Kubinkada, Naro-Fominsk şosesində yerləşən yaşayış binasında 8-ci və 9-cu mərtəbələr səviyyəsində yanğın baş verib. Binadan 10 nəfər təxliyə olunub, xəsarət alan yoxdur.
Vorobyovun məlumatına görə, gecə ərzində Moskva vilayətində 56 dron vurulub.
Qeyd edək ki, Kubinkada Rusiya aviasiya qruplarının yerləşdiyi hərbi aerodrom fəaliyyət göstərir.