Rusiya mediasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Luqanskda Beloreçenskaya şaxtasına endirdiyi zərbədən sonra 41 fəhlə yerin altında qalır
Rusiya mediasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Luqanskda Beloreçenskaya şaxtasına endirdiyi zərbədən sonra 41 fəhlə yerin altında qalır

Rusiyanın nəzarətində olan Luqansk bölgəsində Beloreçenskaya şaxtasına Ukraynanın hücumu nəticəsində 41 şaxtaçı yerin altında qalıb. Məlumatı Rusiya mətbuatı yayır.

Luqanskın qondarma respublikasının lideri Leonid Paseçnikin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində elektrik yarımstansiyası zədələnib.

“Dünən gecə Ukrayna Silahlı Qüvvələri Beloreçenskaya şaxtasına zərbə endirdi, nəticədə elektrik yarımstansiyası zədələndi. Elektrik enerjisinin kəsilməsi 41 şaxtaçıya təsir edib, onlar hazırda yerin altındadırlar. Onlarla əlaqə yaradılıb və onlara içməli su çatdırılır. Bütün müvafiq xidmətlər şaxtaçıların xilas edilməsi və şaxtada elektrik enerjisinin bərpası üçün tədbirlər görür”, – deyə Paseçnik bildirib.