Rusiya mediasının məlumatına görə, Soçidə pilotsuz qayıqların hücumu nəticəsində sahildə yanğın baş verib, 8 nəfər xəsarət alıb
Rusiya mediasının məlumatına görə, Soçidə pilotsuz qayıqların hücumu nəticəsində sahildə yanğın baş verib.
Krasnodar vilayətinin operativ qərargahının məlumatına görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
Hücum nəticəsində çimərlik infrastrukturu və Primorski sahilinin ətrafındakı əraziyə ziyan dəyib.
Hazırda hadisə yerində operativ və xüsusi xidmət orqanlarının əməkdaşları çalışır.