Rusiya mediasının məlumatına görə, Moskvada 5–9 may tarixlərində mobil internet və qısa mətn mesajlarının göndərilməsi məhdudlaşdırılacaq
Rusiya mediasının məlumatına görə, Moskvada 5–9 may tarixlərində mobil internet və qısa mətn mesajlarının göndərilməsi məhdudlaşdırılacaq

Rusiya mediasının məlumatına görə, Moskvada 5–9 may tarixlərində mobil internet və qısa mətn mesajlarının göndərilməsi məhdudlaşdırılacaq – bu barədə məlumatı Rusiya mediası və Telegram kanalları yayıb.

Məlumata əsasən, Moskva sakinləri artıq mobil operatorlardan məhdudiyyətlərlə bağlı xəbərdarlıq mesajları alıblar. Bu informasiya “Beeline” şirkəti tərəfindən də təsdiqlənib.

Rus jurnalistlərin yazdığına görə, mesajda qeyd olunur ki, 5–9 may tarixlərində Moskvada “təhlükəsizlik tədbirlərinin təmin edilməsi” məqsədilə mobil internet və SMS göndərilməsi üzrə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər. Əhaliyə internetə çıxış üçün Wi-Fi-dan istifadə etmələri tövsiyə olunur.

29 aprel tarixində “BBC” də məlumat yayıb ki, 9 May paradı ərəfəsində Moskvada mobil rabitə üzrə “daha genişmiqyaslı” məhdudiyyətlər planlaşdırılır. Mənbələrdən birinin sözlərinə görə, 5, 7 və 9 may tarixlərində hakimiyyət mobil rabitə və SMS göndərişini tam məhdudlaşdırmağı planlaşdırır.