Rusiya mediasının məlumatına əsasən, Moskvada 9 maya planlaşdırılan paradda 18 ölkənin liderləri iştirak edəcəklər
Moskvada 9 maya planlaşdırılan paradda 18 ölkənin liderləri iştirak edəcəklər. Bu barədə məlumatı Rusiyanın “RBC” media vasitəsi müvafiq infoqrafika ilə birlikdə yayır.
Nəşrin məlumatına əsasən, iştirakçıların siyahısı belə görünür: İlham Əliyev – Azərbaycan; Nikol Paşinyan – Ermənistan, Aleksandr Lukaşenko – Belarus, Luis Inasiu Lula da Silva – Braziliya; İbrahim Traore – Burkina Faso, Nikolas Maduro – Venesuela, To Lam – Vyetnam; Kasım-Jomart Tokayev – Qazaxıstan; Sadir Caparov – Qırğızıstan; Si Dzinpin – Çin; Miqel Dias-Kaneli – Kuba; Mahmud Abbas – Fələstin; Milorad Dodik – Serb Respublikası, Aleksandr Vuçiç – Serbiya; Robert Fitso – Slovakiya; Emomali Rahmon – Tacikistan; Qurbanqulu Berdimuxamedov – Türkmənistan; Şavkat Mirzioyev – Özbəkistan.
İnfoqrafikaya əsasən, Hindistanın Baş naziri Narendra Modiyə və Monqolustan Prezidenti Uxnaqiin Xurelsuxa da dəvət göndərilib, lakin, onlar Moskvaya gəlib-gəlməyəcəklərini hələ təsdiqləməyiblər.
Bununla yanaşı, BMT-nin baş katibi Antonio Quterreş tədbirdə iştirak etməyəcək.