Rusiya mediası – Ukrayna silahlı qüvvələrinin Belqorod vilayətində döyüş sursatının partlatması insan tələfatı ilə nəticələndi
Rusiya İstintaq Komitəsinin məlumatına görə, Ukrayna silahlı qüvvələrinin Belqorod vilayətində döyüş sursatının partlatması insan tələfatı ilə nəticələndi.
Rs mediasının yazdığına görə, Rusiya İstintaq Komitəsində bəyan etdilər ki, döyüş sursatının partlatması Belqorodun “Oktyabrsk” qəsəbəsində baş verdi.
“Belqorod vilayətinin Oktyabrsk kəndində Ukrayna silahlı qüvvələri sursat anbarını partlatdılar. Onların detonasiyası baş verdi. İlkin məlumata görə, ölən və yaralananlar var”, – idarənin bəyanatında deyilir.
Rus mediasının məlumatına görə, bundan başqa, Rusiyanın hava hücumundan müdafiə sistemi Novoskolsk vilayətində raketi saldırdı, onun qırıntıları elektrik xətlərini zədələdi, buna görə qatarların hərəkəti dayandırılıb.