Rusiya mediası: Rusiya Donbasın təkcə təhvil verilməsini deyil, həm də onun Rusiyanın tərkib hissəsi kimi rəsmi tanınmasını tələb edir
Rusiya mediası: Rusiya Donbasın təkcə təhvil verilməsini deyil, həm də onun Rusiyanın tərkib hissəsi kimi rəsmi tanınmasını tələb edir

Rusiya danışıqlarda təkcə bütün Donbasın təhvil verilməsini deyil, eyni zamanda onun Rusiyanın tərkib hissəsi kimi rəsmi şəkildə tanınmasını tələb edir.

Bu barədə Rusiya mediası məlumat yayıb.

“Moskva Donbasın tanınmasını bütün ölkələr tərəfindən əldə olunacaq daha geniş razılaşmanın tərkib hissəsi hesab edir”, – deyə Abu-Dabidə davam edən danışıqlarda iştirak edən mənbə bildirib.

Mənbənin sözlərinə görə, Kreml bu bəndi “son dərəcə mühüm” hesab edir.

Həmçinin qeyd olunur ki, Abu-Dabidə aparılan danışıqlarda iqtisadi məsələlər, ərazilər və atəşkəs mexanizmi müzakirə olunur.