Rusiya mediası Rostov-na-Donuya edilən hava hücumu nəticəsində iki nəfərin həlak olduğuna dair məlumat verir

10:37, 27.07.2026

 

Rostov-na-Donuya edilən hava hücumu nəticəsində iki nəfər həlak olub. Bu barədə məlumatı Rusiya mediası Rostov vilayətinin qubernatoruna istinadən yayır.

Media, biri yeniyetmə olmaqla beş nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığına dair məlumat verir. Yaralananlardan ikisinin vəziyyəti ağırdır. Yuri Slyusar, pilotsuz uçuş aparatlarının düşməsi nəticəsində özəl müəssisənin ərazisində, anbar binalarında və bir neçə fərdi yaşayış evində yanğın baş verdiyini bildirib. Onun bəyanatına əsasən, demək olar ki, bütün yanğınları operativ şəkildə söndürmək mümkün olub. Hazırda xilasedicilər 400 kvadratmetr sahədə yanğının söndürülməsini davam etdirirlər.

Rusiya mediasının məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin hücumlarına cavab olaraq, Rusiya ordusu havadan, dənizdən və qurudan bazalaşan yüksək dəqiqlikli silahlarla, eləcə də pilotsuz uçuş aparatları ilə zərbələri yalnız hərbi obyektlərə və Ukraynanın hərbi-sənaye kompleksinin müəssisələrinə endirir.

Oxşar