Rusiya mediası – ABŞ Kəşfiyyatının Mərkəzi Agentliyinin direktorunun müavininin oğlu Rusiya ordusuna yazılıb və Ukraynada həlak olub

15:55, 25.04.2025

 

ABŞ Kəşfiyyatının Mərkəzi Agentliyinin direktorunun müavininin 21 yaşlı oğlu – Maykl Qloss Rusiya ordusuna yazılıb və Ukraynada həlak olub. Məlumatı “Dozhd” telekanalı yayır.

Medianın məlumatına əsasən, Maykl Qloss Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıbmış və Rusiya ordusuna yazılıbmış.

“Vazhnie İstorii” (Mühüm hekayələr) nəşrinin yazdığı kimi, Qloss ABŞ-da humanitar kollecdə insanlar və ətraf mühitin qarşılıqlı əlaqəsi üzrə təhsil alırmış. O, həmçinin abortun qadağan olunması və ətraf mühit aksiyalarında iştirak edirdi.

2023-cü ildə isə təhsilini yarıda qoyub və səyahətə çıxıb. 2023-cü ilin avqustun 13-də Rusiyaya gəlib və tezliklə cəbhəyə gedib.

Ailənin verdiyi məlumata əsasən, Maykl Qloss aprelin 4-də dünyasını dəyişib, lakin onun ölüm şəraiti bilinmir.

Oxşar