Rusiya Kiyevə hücum edib, bir nəfər həlak olub
Rusiya Kiyevə hücum edib, bir nəfər həlak olub

 

Rusiya Kiyevə hücum edib, bir nəfər həlak olub və yeddi nəfər yaralanıb.

Bu haqda Ukrayna mediası yazır.

Peçersk və Dneprovski rayonlarındakı yaşayış evlərinə hücum edilib.

Kiyevin meri Vitali Kliçkonun dediyi kimi, Peçersk rayonunda hündür mərtəbəli binada bir neçə mərtəbəyə yayılan yanğın baş verib. Dneprovski rayonunda isə yanğın 9 mərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində baş verib.

Həmçinin, Kiyev vilayətinin Belotserkovski icmasına hücum edilib.

“Təəssüf ki, yaralılar var və bir nəfər həlak olub” – Belotserkovski şəhər şurasının katibi bildirib.