Rusiya Kiyevə dronlarla hücum həyata keçirib
Rusiya Kiyevə reaktiv dronlarla hücum edib. Bu barədə məlumatı Kiyevin meri, Vitali Kliçko yayıb.
O, zərbənin Darnitsa rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə endirildiyini bildirib. Nəticədə bir nəfər yaralanıb, onun vəziyyəti ağırdır.
Vitali Kliçkonun qeyd etdiyi kimi, Obolon rayonundakı anbarlara da hücum edilib.