Rusiya Kiyev və Ukraynanın digər şəhərlərinə zərbə endirib, həlak olanlar və yaralananlar var
Rusiya Kiyev və Ukraynanın digər şəhərlərinə zərbə endirib, həlak olanlar və yaralananlar var

 

Rusiya qüvvələri Kiyevə və Ukraynanın müxtəlif şəhərlərinə kütləvi zərbələr endirib, həlak olanlar və yaralananlar var.

Kiyevin meri Vitali Kliçkonun dediyi kimi, Ukraynanın paytaxtına hücum nəticəsində doqquz nəfər həlak olub. Ən azı 51 nəfər, o cümlədən üç uşaq xəsarət alıb.

Kliçko bildirib ki, Podilski rayonunda doqquzmərtəbəli yaşayış binasına zərbə nəticəsində bina dağılıb və ola bilsin, dağıntılar altında insanlar qalsın.

Hücum nəticəsində paytaxtda bir neçə yerdə yanğın baş verib. Yanğının söndürülməsi işləri bu vaxta qədər davam edir.

Vitali Kliçko paytaxtın bir neçə rayonunda elektrik enerjisinin kəsildiyini bəyan edib.

Bununla yanaşı, Ukraynanın Dnipro şəhərinə zərbə nəticəsində beş nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yaşayış binalarına ziyan dəyib.

Xarkova hücum nəticəsində ən azı altı nəfər, o cümlədən bir uşaq yaralanıb. Şəxsi evlər, avtomobillər və ofis binaları zərər görüb.