Rusiya Xarkova pilotsuz uçuş aparatları ilə hücum edib

11:56, 27.03.2025

 

Rusiya Xarkova pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib.

Hücum nəticəsində 9 nəfər yaralanıb, yaşayış binalarına da ziyan dəyib.

Xarkovun meri İqor Terexov şəhərə hücumun ən azı 12 dronla həyata keçirildiyini bildirir.

“Çox sayda tikiliyə ziyan dəyib, çox sayda abonent istiliksiz qalıb” – İqor Terexov bildirib.

Oxşar