Rusiya Xarici İşlər Nazirliyi – Serqei Lavrov və Marko Rubio arasında məhsuldar telefon danışığı baş tutub
Serqei Lavrov və Marko Rubio arasında məhsuldar telefon danışığı baş tutub – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Aprelin 27-də Rusiyanın xarici işlər naziri Serqei Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Son vaxtlarda xeyli fəallaşan Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı məsələsinə yönəldilib. Həmçinin, bəzi digər beynəlxalq məsələlər də müzakirə olunub” – bəyanatda qeyd olunub.
Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi, tərəflər təmasların bütün səviyyələrdə davam edəcəyi barədə razılığa gəliblər.