Rusiya İstintaq Komitəsinin məlumatına görə, Krasnodar diyarının sahilləri yaxınlığında, Rusiya ərazi sularında Liberiya bayrağı altında üzən neft tankerinə Ukrayna dronları hücum edib
Rusiya İstintaq Komitəsinin mətbuat katibi Svetlana Petrenkonun sözlərinə görə, Krasnodar diyarının sahilləri yaxınlığında, Rusiya ərazi sularında Liberiya bayrağı altında üzən neft tankerinə Ukrayna dronları hücum edib.
Onun bildirdiyinə görə, hücum nəticəsində gəminin kapitanı – Türkiyə vətəndaşı yaralanıb və xəstəxanaya yerləşdirilib.
“Liberiya Respublikasının bayrağı altında üzən neft tankerinə Rusiya Federasiyasının ərazi sularında Ukrayna dronları hücum edib. Onun kapitanı, Türkiyə Respublikasının vətəndaşı, yaralanıb və xəstəxanaya aparılıb”, – deyə Svetlana Petrenko bildirib.
Rusiya İstintaq Komitəsinin mətbuat katibinin sözlərinə görə, toplanmış sübutlar əsasında araşdırma Ukrayna Silahlı Qüvvələrinin əməliyyata cəlb olunmuş komandirlərinin hərəkətlərinə hüquqi qiymət verəcək.