Rusiya işğalçıları Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirdilər
Rusiya işğalçıları Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirdilər

Səhər rus işğalçıları Ukraynanın Nikolayev şəhərini bombaladılar. Məlumatı Ukrayna mediası yayır. Hücum nəticəsində şəhərdəki supermarketlərdən biri yandı.

Xarkovda da iki güclü partlayış səsi eşidildi. Şəhər və rayonda demək olar ki, gecə boyu hava hücumu səsləri eşidilirdi. Yayılan məlumata görə, işğalçıların hücumu insan tələfatı ilə nəticələnməyib.

Dnepropetrovsk vilayətində də raket hücumu həyata keçirildi. Nəticədə kilsə və uşaq bağçası dağıdıldı.