Rusiya işğalçı qüvvələri tərəfindən Ukraynanın Dnepropetrovsk bölgəsinin bombalanması tələfatla nəticələndi

11:59, 11.08.2022

Rusiya işğalçı qüvvələri tərəfindən Ukraynanın Dnepropetrovsk bölgəsinin bombalanması tələfatla nəticələndi. Ukrayna mediasının məlumatına görə,  Nikopola “qradlardan” hyata keçirilmiş bombalama nəticəsinə iki nəfər həlak oldu, yeddi nəfər xəsarət aldı.

Rus ordusu bölgənin dörd rayonuna hücum edərək 100-dən çox raketlə hücuma keçdi. Partlayış nəticəsində şəhərdə 40-dan çox hündürmərtəbəli binaya ziyan dəydi.

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiyanın işğalçı qüvvələri döyüş əməliyyatlarının aparıldığı Marinki və Pesk istiqamətində hücuma keçir.

Ukrayna Ordusu Baş Qərargahının yekunlaşdırcı hesabatında Rusiya ordusunun bölmələrinin Baxmut və Zaitsevo yaxınlığında itki verərək geri çəkildiyi qeyd edilir. Məlumat yayılır ki, Rusiya işğalçı qüvvələri “C 300” kompleksləri ilə Kramatorskdakı şəxsi yaşayış məntəqələrinə raket zərbəsi endirdilər. Cənub sərhədlərində Ukrayna ordusu rus qoşunlarının komanda-nəzarət məntəqələrinə hücum etdi. Ukrayna ordusu hərbi helikopterlərdən, bombardmançı təyyarələrdən və artilleriyadan istifadə etdi.

 

 

Oxşar