Rusiya işğalçı qüvvələri Nikolaiv şəhərinin inzibati binasını bombalayıblar
Rusiya işğalçı qüvvələri Ukraynanın Nikolayev şəhərində inzibati binanı bombalayıblat.
Məlumatı “BBC” Nikolayev vilayəti administrasiyasının rəhbəri Vitali Kimin bəyanatına əsasən yayıb.
Vitali Kim bildirib ki, bina raketlə vurulub və onun bir hissəsi dağılıb. Vitali Kim həmçinin qeyd edib ki, binanın içərisində olan insanların çoxu “möcüzəvi şəkildə qaçıb”, lakin bir neçə mülki şəxs və əsgər itkin düşüb. Kimin sözlərinə görə, dağıntılar altında bir neçə nəfər qalıb, xilasedicilər onları çıxarmağa çalışır.
Nkolaiv Qara dəniz sahil şəhəridir.