Rusiya, İran və Çin birgə hərbi dəniz təlimləri keçirəcək
Rusiya, İran və Çin hərbi qarşılıqlı etimadı dərinləşdirmək üçün birgə dəniz təlimləri keçirəcək. Medianin məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin sabah İranın cənub-şərqindəki Çabahar limanında başlaması gözlənilir.
Məlum olduğu kimi, təlimlərə dəniz hədəflərinin vurulması, zərərin aradan qaldırılması, birgə axtarış-xilasetmə üzrə təlim kursları daxildir və onların məqsədi iştirakçı ölkələrin orduları arasında hərbi qarşılıqlı etimadı və praktiki əməkdaşlığı dərinləşdirməkdir.
Rusiya, Çin və İran hər il oxşar təlimlər keçirir. Sonuncu birgə təlimlər ötən il Oman körfəzində keçirilib.