Rusiya hərbçisi Kiyevin Sumi rayon məhkəməsində mülki vətəndaşı qətlə yetirdiyini etiraf edib
Rusiyalı hərbçi Vadim Şişimarin Kiyevdə keçirilən məhkəmə iclasında Sum vilayətində silahsız mülki vətəndaşı qətlə yetirdiyini etiraf edib. Müvafiq məlumatı BBC məhkəmə iclasında iştirak edən müxbirinə istinadən yayıb.
Bugünkü məhkəmə Rusiya hərbçisinin Ukrayna ərazisində törətdiyi cinayətlə bağlı ilk məhkəmə prosesidir.
Hərbi qulluqçu “müharibə qanunlarını və qaydalarını pozma” maddəsi ilə silahsız velosipedçini güllələməkdə ittiham olunur. Onu ömürlük həbs cəzası gözləyir.
Əslən İrkutskdan olan Şişimarin Kantemirov Moskva vilayətinin 4-cü tank diviziyasında bölük komandiri vəzifəsində çalışıb.