Rusiya hakimiyyəti Ukrayna tərəfindən Tatarıstan və Saratov vilayətlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra Kazan, Saratov, Nijnekamsk, Ulyanovsk və Penza hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edib
Rusiya hakimiyyəti Ukrayna tərəfindən Tatarıstan və Saratov vilayətlərinə pilotsuz uçuş aparatlarının hücumundan sonra Kazan, Saratov, Nijnekamsk, Ulyanovsk və Penza hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Rus mediasının məlumatına əsasən, məhdudiyyət Saratov Hava Limanına da şamil edilirdi, lakin artıq aradan qaldırılıb.
Məlumat üçün bildirək ki, ukraynalılar pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan və Saratov vilayətlərində sənaye müəssisələrinə hücum ediblər. Yayılmış məlumata əsasən, “Kazanorgsintez” zavodu yaxınlığında genişmiqyaslı yanğın baş verib. Sözügedən zavod ölkədə yüksək davamlı polikarbonatlar və plastiklərin yeganə istehsalçısıdır, eləcə də yüksək və aşağı sıxlıqlı polietilenin ən böyük istehsalçılarından biridir. Pilotsuz uçuş aparatlarının hücumunun zavodun özünə deyil, mayeləşdirilmiş qaz bazasına həyata keçirildiyi haqda məlumat yayılır. Sosial şəbəkələrdə müəssisənin ərazisində üç çənin yandığını yazırlar. Bununla yanaşı, Saratov vilayətində Enqelsə pilotsuz uçuş aparatlarının hücumundan sonra şəhərdə böyük yanğın baş verib. Saratov vilayətinin qubernatoru Roman Busarqinin məlumatına əsasən, Ukrayna pilotsuz təyyarələrinin hücumu nəticəsində sənaye müəssisəsinə ziyan dəyib.