Rusiya hakimiyyəti Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl az miqdarda marixuanası olduğu üçün saxlanılan amerikalını azad edib

13:00, 18.02.2025

 

Rusiya hakimiyyəti Səudiyyə Ərəbistanında Amerika nümayəndə heyəti ilə danışıqlardan əvvəl az miqdarda marixuanası olduğu üçün saxlanılan amerikalını azad edib. Bu haqda məlumatı “The New York Times” yayır.

28 yaşlı Kelob Baiers Ueyni fevralın 7-də Moskvanın Vnukovo Hava Limanında gömrük xidmətinin əməkdaşları onun baqajında çətənə tərkibli şiniyyat aşkar etdikdən sonra saxlayıblar.

Kremlin sözçüsü Dimitri Peskov Ueynin azadlığa buraxılması ilə bağlı sualı cavablandırarkən deyib ki, Səudiyyə Ərəbistanında fevralın 18-də keçirilməsi planlaşdırılan danışıqlar Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına aiddir və bu səbəbdən “bəzi hadisələr bu kontekstdə müzakirə oluna bilər”.

Ueynin azad edilməsindən bir müddət əvvəl Rusiya 2021-ci ilin avqustundan Rusiyada həbsdə olan amerikalı tarix müəllimi Mark Foqeli azad etdi. O, marixuana daşıdığına görə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Foqelin azad edilməsi müqabilində ABŞ çirkli pulların yuyulmasına görə cəza çəkən Rusiya vətəndaşı Aleksander Viniki həbsdən azad edib.

Oxşar