Rusiya qüvvələrinin Xarkova hücumu nəticəsində 2 nəfər həlak olub, 34 nəfər isə xəsarət alıb
Rusiya Silahlı Qüvvələri Xarkova raket zərbəsi endirib. Ukrayna mediası, hücumun çoxmərtəbəli yaşayış binasına edilməsi, nəticədə 2 nəfərin həlak olması və 34 nəfərin isə xəsarət alması haqda məlumat verir.
Ukraynanın Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisə yerindən video yayır və dağıntıların altında insanların ola biləcəyini yazır.
“Tərəfdaşlarımız hər gün baş verənləri görürlər. Onların qərarları xalqımızın həyatıdır. Ona görə də biz Rusiyanı birlikdə dayandırmalı və bunu bütün mümkün vasitələrlə etməliyik” – Zelenski yazır.