Rusiya qüvvələrinin Ukraynanın Zaporojyу şəhərini bombalaması insan itkisi ilə nəticələndi

12:25, 06.11.2022

Rusiya qüvvələrinin Ukraynanın Zaporojyу şəhərini bombalaması insan itkisi ilə nəticələndi. Ukrayna mediasının məlumatına görə, rus hərbçiləri yaşayış evlərinə zərbələr endirdilər. Bombalama nəticəsində kommersiya müəssisəsinin ikimərtəbəli binası dağıdıldı.

Ukrayna Ordusunun Baş Qərargahının məlumatına görə, Rusiya işğalçı qüvvələri Ukrayna hərbçilərinin mövqelərinə dörd vilayətində hücum etdilər.

Ukrayna ordusu Xarkov, Luqansk, Donetsk və Zaporojye vilayətlərində düşmənin hücumunun qarşısını aldı.

Ukrayna silahlı qüvvələri ötən gün ərzində Rusiya ordusunun komanda məntəqəsini, yeddi canlı qüvvənin konsentrasiya zonasını, bir sursat anbarını və işğalçıların daha üç mühüm hərbi obyektini bombaladı.

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiya ordusuna qarşı yeddi hücum həyata keçirdi.

Oxşar