Rusiya qüvvələrinin Nikopola raket zərbələri endirməsi nəticəsində azı iki nəfər həlak oldu, doqquz nəfər yaralandı
Rusiya qüvvələrinin Nikopola raket zərbələri endirməsi nəticəsində azı iki nəfər həlak oldu, doqquz nəfər yaralandı

Rusiya qüvvələri Nikopoldakı yaşayış məntəqələrini çoxsaylı raket sistemlərindən istifadə edərək yenidən hədəfə aldı, ən azı iki nəfər həlak olub, doqquz nəfər xəsarət alıb. Ukrayna mediası məlumatı Dnepr hərbi administrasiyasının rəhbəri, Valentin Rezniçenkoya əsaslanaraq yayır.

“İlkin məlumatla, iki nəfər həlak olub, doqquz nəfər xəsarət alıb. Altı xəsarət alan artıq xəstəxanadadır, onlar arasında dördü uşaqdır. Xəsarət alanlar arasında ən gənci üç yaşındadır. Evdə yatan uşağa “qradlardan” atdılar”, – Rezniçenko “telegramda” yazır.

Mövcud məlumatla, zərbə nəticəsində üç ev dağıldı, 12 evə ziyan dəydi.