Rusiya qüvvələri tərəfindən bombalama nəticəsində, Donetsk diyarında yerləşən Svyatohirski Lavrasına yanğın əmələ gəldi
Rusiya qüvvələri tərəfindən bombalama nəticəsində, Donetsk diyarında yerləşən Svyatohirski Lavrasına yanğın əmələ gəldi. Bu barədə məlumatı Ukrayna Pravoslav Kilsəsinə əsaslanan “BBC” yayır.
Sosial şəbəkələrdə yanan taxta monastırın fotoları yayılır.
“Heç bir şey müqəddəs olmayan rus barbarlarından növbəti bir cinayət”, – Ukrayna ordusunun zabiti Yuti Koçevenko faysbukda yazır.
Monastır Slovyansk şəhəri yaxınlığında, Donetsk çayının şimal sahilində yerləşir. BBC-nin məlumatına görə, Rusiya qüvvələri Ukrayna bölmələrini mühasirəyə almaq üçün dəfələrlə çayı keçməyə cəhd ediblər.
Mövcud məlumata görə, monastır Rusiya Patriarxlığının nəzdindədir.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Svyatohirski Lavrada baş verən yanğında Ukraynanın “millətçi” birləşmələrini günahlandırır. Müdafiə Nazirliyinin bəyanatına görə, Ukrayna qüvvələrinin Svyatohirski şəhərindən geri çəkilməsi zamanı Ukraynalı millətçilər Svyatohirski Lavrasının taxta monastırını yandırdılar.