Rusiya qüvvələri ötən gecə Xarkov vilayətinə dronlarla hücum edib, 4 nəfər həlak olub
Ötən gecə Rusiya dronları Xarkov vilayətinin Lebyaje kəndinə hücum edib.
Hücum nəticəsində evlər yanıb, 4 nəfər həlak olub. Bir neçə nəfərin də yaralandığı bildirilir.
Ukrayna mediasının məlumatına görə, hücum nəticəsində 3 fərdi yaşayış evi tamamilə dağılıb, 20 evə isə ziyan dəyib.
Bundan əlavə, Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Rusiyanın “Şahid” tipli dronla hücumu səbəbindən Moldova ilə sərhəddə yerləşən keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Sərhəd xidmətinin məlumatına görə, Tabaki beynəlxalq sərhəd-keçid məntəqəsi zədələnib və bu səbəbdən nəqliyyat vasitələrinin girişinə müvəqqəti məhdudiyyət qoyulub.