Rusiya qüvvələri ötən gecə Kiyev, Sumı və Odessa vilayətlərinin şəhərlərinə hava hücumu həyata keçirdi
Rusiya qüvvələri ötən gecə Kiyev, Sumı və Odessa vilayətlərinin şəhərlərinə hava hücumu həyata keçirdi

Rusiya qüvvələri gecə Ukraynaya hücum etdi. Kiyev vilayətinin Bila-Tserkva şəhərinə pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində bir nəfər həlak olub, yaralananlar var. Bu barədə məlumatı yerli hakimiyyət yayıb. Yaşayış evlərinə ziyan dəyib.

“Köhnə binaların şüşələri sınıb, avtoqaraş kooperativində, ticarət və sənaye müəssisələrinin ərazilərində yanğın qeydə alınıb”, – deyə Kiyev vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik bildirib.

Gecə saatlarında Rusiya qüvvələri həmçinin Sumıya zərbələr endirib. Yaralananlar var. Sumı şəhərinin meri vəzifəsini icra edən Artyom Kobzarın məlumatına görə, pilotsuz aparat zərbəsi uşaq bağçasının yanında yerləşən qeyri-yaşayış binasına düşüb. Yaralananlar arasında bir uşaq da var. Dörd yaşayış evi zədələnib.

İşğalçı qüvvələr həmçinin Odessa vilayətinin İzmail rayonunda liman infrastrukturunu bombalayıb. Zərbə nəticəsində yanğın baş verib. Rayon administrasiyası yanğının vaxtında söndürüldüyünü bildirib.