Rusiya qüvvələri Kiyevə raket zərbələrini endirdilər

11:40, 05.06.2022

Rusiya qüvvələri Ukrayna paytaxtına raket zərbələrini endirdilər. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, raket hücumları Darnitski və Dneprovsk rayonlarında həyata keçirildi. Şəhər infrastrukturu bombalandı.

Kliçkonun “feysbuk” sosial şəbəkəsində yazdığına görə, raket hücumu nəticəsində həlak olan olmayıb, bir xəsarət alan hospitallaşdırılıb.

Hadisə yerində fövqəladə xidmətlər işləyirlər.

https://www.facebook.com/Vitaliy.Klychko/posts/567742974719365

 

Oxşar