Rusiya qüvvələri Kiyevə ballistik raketlərlə kütləvi hücum edib, hücum nəticəsində Kiyevin bir hissəsinə su və elektrik enerjisi verilmir

11:19, 17.11.2026

 

Rusiya Kiyevə ballistik raketlərlə kütləvi hücum edib.

Kiyevin meri Vitali Kliçko, Rusiyanın Kiyevdə Dnepr çayı üzərində yerləşən iki körpüyə zərbə endirdiyini, hücum nəticəsində paytaxtın bir hissəsinə su və elektrik enerjisinin verilmədiyini bildirib.

Kliçko, ilkin məlumata əsasən, zərbələrin paytaxtın Şimal və Cənub körpülərinə endirildiyini açıqlayıb. O, rus qüvvələrinin digər kritik infrastruktura da hücum etdiyini bildirib. Gecə ərzində Kiyevdə güclü partlayış səsləri eşidilirdi.

Hücum nəticəsində Çerkasi vilayətində üç nəfər yaralanıb. Rusiyanın zərbələri nəticəsində Dniproda da elektrik enerjisinin verilişi tamamilə kəsilib. Ukraynanın enerji sistemi operatoru “Ukrenergo”nun bəyanatına əsasən, Rusiyanın hücumları şərq istiqamətində bir neçə vilayətdə elektrik enerjisinin irimiqyaslı kəsilməsinə səbəb olub. Dnipro, Xarkov, Poltava və Zaporojiedə xüsusilə ağır vəziyyət müşahidə olunur.

Oxşar