Rusiya qüvvələri Avdeevka şəhərinin mərkəzi bazarını bombaladılar, azı yeddi nəfər həlak oldu

14:39, 12.10.2022

Rusiya qüvvələrinin Donetsk vilayətinin Avdeevka kəndini atəşə tutması nəticəsində azı yeddi nəfər həlak oldu, səkkiz nəfər isə, xəsarət aldı. Müvafiq məlumatı Ukrayna mediası Donetsk hərbi dairəsinin infrastruktur rəhbəri, Pavel Kirilenkoya əsaslanaraq yayır.

Onun məlumatına görə, işğal qüvvələri Avdeevka şəhərinin mərkəzi bazarını bombaladılar.

“Belə bir bombalamanın heş bir hərbi məntiqi yoxdur – yalnız mümkün qədər çox vətəndaşımızı öldürmək və başqalarını qorxutmaq üçün bir cəhd. Rusların bütün məğzi bundadır. Onlar Ukrayna ordusuna tab gətirə bilmirlər, buna görə Ukrayna mülki şəxsləri ilə mübarizə aparırlar”, – Kirilenko yazır.

Oxşar