Rusiya Gürcüstanla birbaşa uçuşları bərpa etdi

14:21, 10.05.2023

Rusiya Gürcüstana birbaşa uçuş və turların satışına qoyulan qadağanı ləğv etdi. Rusiya prezidentinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olundu.

Rusiya Prezidentinin 21 iyun 2019-cu il tarixli fərmanı ilə “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyası vətəndaşlarının cinayət və digər qanunsuz fəaliyyətlərdən qorunması üzrə ayrı-ayrı tədbirlər haqqında” fərmanı ləğv edilir.

Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini 2019-cu ilin yayında Tbilisidə anti-Rusiya etirazları fonunda dayandırdı.

Bununla yanaşı, Vladimir Putinin fərmanına əsasən, 15  maydan Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edilir.

Oxşar