Rusiya Gürcüstana birbaşa uçuş və turların satışına qoyulan qadağanı ləğv etdi. Rusiya prezidentinin müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olundu.
Rusiya Prezidentinin 21 iyun 2019-cu il tarixli fərmanı ilə “Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsi və Rusiya Federasiyası vətəndaşlarının cinayət və digər qanunsuz fəaliyyətlərdən qorunması üzrə ayrı-ayrı tədbirlər haqqında” fərmanı ləğv edilir.
Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini 2019-cu ilin yayında Tbilisidə anti-Rusiya etirazları fonunda dayandırdı.
Bununla yanaşı, Vladimir Putinin fərmanına əsasən, 15 maydan Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv edilir.